Şəkidə azyaşlı sürücü qəza törətdi - VİDEO
24 aprel 2025 11:13 (UTC +04:00)

Şəkidə azyaşlı sürücü qəza törətdi - VİDEO

Aprelin 23-də saat 23 radələrində yetkinlik yaşına çatmayan Şəki rayon sakini atasına məxsus “VAZ” markalı avtomobili avtomagistralda idarə edərkən yüksək sürət və kəskin manevr nəticəsində idarəetməni itirərək qarşıdan gələn “Mercedes” markalı avtomobillə toqquşub.

Bu barədə Lent.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumata əsasən, zərbənin təsirindən “VAZ” markalı avtomobil yoldan çıxaraq aşıb. Hər iki sürücü xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib.

Təəssüf ki, bəzən valideynlər avtomobilin sükanını bir müddət azyaşlı övladlarına həvalə etməklə artıq onların bu məsuliyyətli işin öhdəsindən gəldiklərini zənn edir, lakin yol hərəkəti qaydalarından xəbərsiz olan, mükəmməl sürmə vərdişlərinə yiyələnməyən azyaşlıların ekstremal vəziyyətlərdə aciz qalacaqlarını, özlərinin və doğmalarının arzularını yarıda qoya biləcəklərini unudurlar.

Baş Dövlət Yol Polisi İdarəsi avtomobili azyaşlı övladlarına etibar edən valideynlərə müraciət edərək onlara bu əməlin kobud qayda pozuntusu olduğunu bildirir, eyni zamanda bu yanlış addımın ağır faciələrə səbəb ola biləcəyini bir daha xatırladır!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 479

Oxşar yazılar