Hər kəsin izləməli olduğu 5 döyüş filmi
24 aprel 2025 10:42 (UTC +04:00)

Hər kəsin izləməli olduğu 5 döyüş filmi

Bu yeni döyüş filmləri sizə adrenalin və inanılmaz emosiyalar bəxş edəcək. Axşam darıxmağa imkan verməyəcək kino yenilikləri.

Lent.az hər kəsin izləməli olduğu 5 döyüş filmini təqdim edir.

“Novokain”

Pozitiv enerji ilə yükləyən yeni döyüş filmi. Gənc oğlan Neit arzuladığı qızı tanıyır, lakin qəfil qarət onları ayırır. Cəsarətli addım ataraq, qəhrəman sevdiyi qızı xilas etmək üçün təkbaşına yola düşür. Onun silahlı cinayətkarlara qarşı yalnız bir üstünlüyü var – o, ağrı hiss etmir.

“Peşəkar”

Bu dəfə Ceyson Steytemin qəhrəmanı Levon tikinti şirkətində çalışır. Sakitcə işini görməyə çalışarkən, rəhbərinin qızı oğurlanır. Uzun illər gizli saxladığı inanılmaz bacarıqları ilə Levon günahsız bir insanı xilas etmək üçün təhlükəli bir missiyaya başlayır.

“Oğrular 2: Pantera”

Cinayət trillerinin davamında Böyük Nik düşməni Donni Uilsonun izinə düşür. Donni dünyanın ən böyük brilyant ehtiyatlarının saxlandığı brilyant birjasını qarət etməyə çalışır.

“Təhlükəli Uçuş”

FBI agentinin karyerası təhlükə altındadır. Adını xilas etmək üçün o, dəyərli bir şahidi çatdırmağa çalışır. Lakin Alyaskadan Nyu-Yorka tək mühərrikli kiçik təyyarə ilə uçuş əsl sağ qalma oyununa çevrilir.

“Kapitan Amerika: Möhtəşəm Yeni Dünya”

Yeni Kapitan Amerika – Səm Uilson. ABŞ-ın yeni seçilmiş prezidenti ilə görüşdən sonra beynəlxalq səviyyəli təhlükəli hadisələrin mərkəzinə düşür. Qəhrəman sui-qəsdçiləri tapmalı və dünyanı xilas etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 524

Oxşar yazılar