Bakıda qadın aptekdə öldü - YENİLƏNİB
24 aprel 2025 11:36 (UTC +04:00)

Bakıda qadın aptekdə öldü - YENİLƏNİB

Bakıda küçədən meyiti tapılan qadının aptekdə öldüyü məlum olub.

Lent.az-ın məlumatına görə, hadisə Nizami rayonu Q.Qarayev prospektində yerləşən aptekdə qeydə alınıb. Bakı şəhər sakini 64 yaşlı Zenfira Baləli qızı Məmmədova qəfil yıxılaraq, dünyasını dəyişib.

Onun ürək çatışmazlığından öldüyü bildirilir.

***
22 aprel, saat: 14:00

Bakıda iki meyit tapılıb.

Lent.az-ın məlumatına görə, hadisələr Nizami rayonu ərazisində qeydə alınıb.

Hadisələrdən biri Keşlə qəsəbəsi ərazisində olub. Burada evlərdən birində 60 yaşlı Məmmədov Ulduz Vəlyağa oğlunun meyiti aşkarlanıb.

Digər hadisə isə 8-ci kilometr qəsəbəsində baş verib. 64 yaşlı Məmmədova Zenfira Baləli qızı küçədə qəfil dünyasını dəyişib. Onun meyiti yoldan keçənlər tərəfindən tapılıb və hüquq-mühafizə orqanlarına məlumat verilib.

Hər iki şəxsin xəstəlik səbəbilə öldükləri ehtimal olunur.

Faktlarla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2664

Oxşar yazılar