Azərbaycanda daha bir doğuş faciəsi baş verib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabirabad rayonunda qeydə alınıb.
İmişli rayon sakini, 2005-ci il təvəllüdlü Samirə Səxavət qızı Mirzəyeva doğuş üçün rayon mərkəzi xəstəxanasına müraciət edib.
20 yaşlı qadının dünyaya gətirdiyi uşaq ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.