"Hər kəs təklifini təqdim etdi" - Zelenski bu günki görüşdən danışdı
24 aprel 2025 02:04 (UTC +04:00)

"Hər kəs təklifini təqdim etdi" - Zelenski bu günki görüşdən danışdı

Ukrayna Prezidenti Volodimir Zelenski Londonda keçirilən və bir neçə ölkənin nümayəndələrinin sülhə nail olma yollarını müzakirə etdiyi görüşlə bağlı bəyanat verib.

Lent.az xəbər verir ki, Zelenski görüşlə bağlı öz “Telegram” kanalında paylaşım edib.

"Bu gün çoxlu emosiyalar oldu. Amma yaxşıdır ki, beş ölkə sülhə yaxınlaşmaq üçün bir araya gəldi: Ukrayna, ABŞ, Böyük Britaniya, Fransa və Almaniya. Tərəflər öz baxışlarını bildirdilər və bir-birinin mövqelərinə hörmətlə yanaşdılar", – o yazıb.

Zelenski ABŞ-ın öz baxış bucağını paylaşdığını, Ukrayna və digər Avropa ölkələrinin də öz hazırladıqları təklifləri təqdim etdiklərini deyib.

“Ümid edirik ki, məhz bu cür birgə iş uzunmüddətli sülhə gətirib çıxaracaq. Tərəfdaşlarımıza təşəkkür edirik. Ukrayna həmişə öz Konstitusiyasına uyğun şəkildə hərəkət edəcək və biz tam əminik ki, tərəfdaşlarımız, xüsusən də ABŞ, öz güclü qərarlarına uyğun olaraq hərəkət edəcəklər", – Zelenski əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 396

Oxşar yazılar