Futbol üzrə İspaniya çempionatının 27-ci turu çərçivəsində Madrid “Real”ı səfərdə “Valensiya” ilə bərabərə qalıb.
Lent.az xəbər verir ki, oyun Valensiyada "Mestalla" stadionunda keçirilib və 2:2 hesabı ilə başa çatıb.
Meydan sahibləri qolları Uqo Duro (27-ci dəqiqə) və Roman Yaremçuk (30-cu dəqiqə) vurub. Real Madridin heyətində Vinisius Junior dubla imza atıb (45+5, 76).
"Real"ın yarımmüdafiəçisi Jude Bellingham əlavə vaxtda vurduğu qol hakim tərəfindən sayılmayıb.
Hakim Xesus Hil Mansano bir neçə dəqiqə əvvəl final fitini çaldığından qol qeydə alınmayıb.
Qərarla razılaşmayan ingilis yarımmüdafiəçi birbaşa qırmızı vərəqə alıb.
Həmçinin qonaqların müdafiəçi Antonio Rudiger də mübahisəyə görə qırmızı vərəqə alıb.
Real Madrid 26 oyundan sonra 65 xalla turnir cədvəlinə başçılıq edir.
"Valensiya" 25 oyundan sonra 36 xalla 9-cu yerdədir.
Növbəti turda Madrid klubu evdə "Selta Viqo" ilə (10 mart), "Valensiya" isə "Xetafe"ni (9 mart) qəbul edəcək.