PSJ 11-ci dəfə Fransa ÇEMPİONU OLDU
28 may 2023 04:11 (UTC +04:00)

PSJ 11-ci dəfə Fransa ÇEMPİONU OLDU

PSJ ardıcıl ikinci dəfə Fransa çempionatının qalibi olub.

Lent.az saytı xəbər verir ki, Paris klubu “Strasburq” səfərindən bir xalla dönərək, titula yiyələnib.

Hesabı Lionel Messi açsa da, meydan sahiblərinin heyətində Qameyro fərqlənib. Əldə olunan heç-heçədən sonra parislilər ən yaxın izləyicisi “Lans”la xal fərqini dördə yüksəldərək, mövsümün bitməsinə 1 tur qalmış məqsədlərinə çatıblar. Bununla da, PSJ son 11 ildə 9-cu dəfə ölkənin ən güclüsü olub.

Qeyd edk ki, PSJ 11 çempionluqla Fransanın ən titullu klubudur.

37-ci tur
“Strasburq” – PSJ – 1:1
“Lans” – “Ayaçço” – 3:0

# 2148
avatar

Oxşar yazılar