Klopp futbola nə vaxt qayıdır?  - Özü DANIŞDI
01 avqust 2024 19:20 (UTC +04:00)

Klopp futbola nə vaxt qayıdır? - Özü DANIŞDI

Alman baş məşqçi Yurgen Klopp yaxın gələcəkdə böyük futbola qayıtmağı ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, mütəxəssis mediaya “Məşqçilik karyeramı bitirdim, amma ümumi bir qərar idi”, deyə cavab verib.

Bununla belə, o, vəziyyətin necə inkişaf edəcəyini bir neçə aydan sonra görəcəyini əlavə edib. Lakin hələ ki, heç bir dəyişiklik olmadığını dilə gətirib.

Hələ 2020-ci ilin yayında dünyanın ən yaxşı məşqçilərindən biri Yurgen Klopp “Liverpul” ilə müqaviləsi bitdikdən sonra futbola ara vermək istədiyini söyləyib. Bu il yanvarın sonunda Klopp mövsümün sonunda klubdan ayrılacağını xatırladıb. Məşqçi qərarın səbəbini enerjisinin tükənməsi ilə izah edib. Daha sonra o, bu barədə artıq klub rəhbərliyinə məlumat verdiyinə aydınlıq gətirib. Mövsüm bitdikdən sonra Yurgen Klopp 9 ildən sonra “Liverpul”u tərk etdi.

Alman mütəxəssis 2015-ci ildən İngiltərə klubuna rəhbərlik edib. Onun rəhbərliyi altında “Liverpul” 1990-cı ildən bəri ilk dəfə 2019-2020 mövsümündə İngiltərə çempionu olub.

Bu yaxınlarda Kloppu ABŞ millisinin baş məşqçisi vəzifəsinə dəvət etmək istəsələr də, o, bundan imtina edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 375
avatar

Oxşar yazılar