Milan "İnter"i İngiltərənin "Mançester Yunayted" futbolçularından biri üçün pul alıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, söhbət qapıçı Andre Onandan gedir. İtaliya klubu afrikalı futbolçu üçün 50,2 milyon aldığını bildirib. Bu barədə Fabrisio Romano yazıb.
"İnter"in bu həftə dərc olunan rəsmi balansı, klubun "Mançester Yunayted"in futbolçusu Andre Onan üçün 50,2 milyon avro aldığını təsdiqləyir.
2023-cü ilin yayında kamerunlu qapıçı Andre Onana "Mançester Yunayted"ə keçib. Bu transfer İngiltərə klubuna 50,2 milyon avroya başa gəlib. Onana bu mövsüm klubda 13 oyun keçirib və bu oyunda 17 qol buraxıb və 4 dəfə qapısını toxunulmaz saxlayıb.
Futbolçunun ingilis klubu ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. TransferMarkt oyunçunu 35 milyon avro qiymətləndirir.