Qaret Sautqeytin istefa verməsindən sonra İngiltərə yığmasının baş məqşçi postuna Eddi Haunun gətirilməsi gündəmə gəlib.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, Avropa çempionatının finalında İspaniyaya uduzan İngiltərədə günah baş məşqçi Qaret Sautqeytin üzərinə qoyulur.
Turnir boyu tənqid olunan oyun nümayiş etdirən təcrübəli çalışdırıcı ilə İngiltərədə yollarını ayıracaqları iddia edilirdi.
Qaret Sautqeyt artıq istyefa verdiyini açıqlayıb.
“The Telegraph” qəzetindəki xəbərə görə, İngiltərə millisinin yeni baş məqşçisinin Eddi Hounun təyin ediləcəyi gözlənilir.
Onunla yanaşı, Tomas Tuxel, Qrem Potter və Maurisio Poçettinonun da baş məqşçi postuna namizəd kimi adları çəkilir.