Haalanda ağır itki:  bu gün oynamaya bilər
14 sentyabr 2024 12:43 (UTC +04:00)

Haalanda ağır itki: bu gün oynamaya bilər

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland klubunun “Brentford”la Premyer Liqada növbəti matçını buraxa bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, futbolçunun yaxın dostu İvar Eggja dünyasını dəyişib. Norvçeli ulduz onu əmisi hesab edirdi. İvar “Mançester Siti”nin hücumçusunun yaxın çevrəsinin bir hissəsi idi. O, 2022-ci ilin yayında Haalandın “Mançester Siti” oyunçusu kimi təqdimat mərasimində də iştirak edib.

Bildirilir ki, “Siti”nin baş məşqçisi Xose Qvardiola forvardın görüşdə iştirak etməməsinə icazə versə də, yekun qərarı norveçli verəcək.

“Mançester Siti” öz meydanında “Brentford”u qəbul edəcək. Oyun bu gün, sentyabrın 14-də baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1554
avatar

Oxşar yazılar