Niyə yaş saçla  yatmaq olmaz?
28 aprel 2025 13:16 (UTC +04:00)

Niyə yaş saçla yatmaq olmaz?

Seriala baxarkən və ya kitab oxuyarkən belə, yaş saçla yastığa və çarpayının başlığına söykənmək olmaz.

Lent.az xarici mediaya istinadla bildirir ki, yuxu sahəsində çalışan ekspertlər xəbərdarlıq edirlər: yaş saçla yatmaq olmaz. Hətta saçlarınız nəm olsa belə, televiziya izləyərkən və ya kitab oxuyarkən onları çarpayının başlığına söykəmək məsləhət görülmür.

Ekspertlər bildiriblər ki, isti və rütubətli mühitdə toz gənələri sürətlə çoxala bilər. Bu isə çarpayının başlığında “yaşayan” yeganə zərərvericilər deyil. Orada həmçinin taxtabitilər və müxtəlif bakteriyalar da gizlənə bilər. İnsanların 53 faizi çarpayı başlığını təmizləmir. Bu da o deməkdir ki, bir çoxumuz fərqinə varmadan mikroorqanizmlərlə bir yerdə yatırıq.

Toz gənələrinin və bakteriyaların çoxalmasının qarşısını almaq üçün nə etməli?

Ekspertlər bildirirlər ki, yaş saçla yatmaq bu mikroorqanizmlərin inkişafına şərait yaradır. Onlar həmçinin xatırladırlar ki, yataq dəstləri ən azı həftədə bir dəfə dəyişdirilməlidir.

Niyə yaş saçla yatmaq təhlükəlidir?

Yaş saçların əsas riski – toz gənələrinin artmasına şərait yaratmasıdır. Bu gənələr isti və rütubətli mühiti sevir. Araşdırmalar göstərir ki, bu gənələrə qarşı allergiya uşaqlarda burun axıntısı və xırıltı kimi problemlərə səbəb ola bilər. Xüsusilə 12 aylığa qədər olan körpələr üçün bu, astmanın inkişafına gətirib çıxara bilər. Əgər çarpayının başlığı mütəmadi təmizlənməzsə, orada göbələklər və bakteriyalar toplanır. Bu da dəri qıcıqlanmasına, qabıq-qabıq tökülməyə və hətta çatlara səbəb ola bilər.

Ekspertlər nə məsləhət görür?

Ekspertlər çarpayı başlığını tozsoranın fırçalı başlığı ilə təmizləməyi tövsiyə edirlər. Hər dəfə yataq otağında təmizlik apararkən bütün bucaqları və yarıqları diqqətlə təmizləmək allergiya və dəri xəstəliklərinin qarşısını almağa kömək edə bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 342

Oxşar yazılar