İspaniya birinci yerə yüksəldi: FIFA-nın yeni REYTİNQİ
18 sentyabr 2025 17:03 (UTC +04:00)

İspaniya birinci yerə yüksəldi: FIFA-nın yeni REYTİNQİ

0

18 sentyabrda Beynəlxalq Futbol Federasiyası (FIFA) dünyanın ən yaxşı yığma komandalarının yenilənmiş reytinqini dərc edib.

Lent.az xəbər verir ki, top-10-luqda ciddi dəyişikliklər baş verib. İspaniya birinciliyi Argentinadan alıb.

Yeni FIFA reytinqində argentinalıları Fransanın futbolçuları da ikinci pilləyə yüksəliblər. FIFA-nın mətbuat xidmətinin məlumatına görə, hazırda siyahının zirvəsində 1867.09 xal toplayan “qırmızı qəzəb” – İspaniya yığması dayanır. Onun ardınca Fransa (1862.03) və Argentina (1885.36) gəlir.

Dördüncü yeri əvvəlki kimi İngiltərə (1813.32) qoruyub. İlk onluqda növbəti yerləri isə bu ardıcıllıqla Portuqaliya, Braziliya, Niderland, Belçika, Xorvatiya və İtaliya tutur.

Uzun fasilədən sonra Almaniya ilk onluqdan kənar qalıb və hazırda 12-ci yerdə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar