"Azərbaycanda PUA   mütəxəssisləri hazırlanmalıdır" - DEPUTAT
18 sentyabr 2025 17:32 (UTC +04:00)

"Azərbaycanda PUA mütəxəssisləri hazırlanmalıdır" - DEPUTAT

0

Peşə təhsilinə maraq ildən-ilə artır. Hər il yeni sahələr üzrə ixtisaslar açılır, əhatə daha da genişlənir, lakin yenə də müəyyən yerlərdə mütəxəssis qıtlığı yaşayırıq.

Milli Məclisin elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov Lent.az-a açıqlamasında bildirib ki, ali və peşə təhsilində dar ixtisaslara ehtiyac var:

Ceyhun Məmmədov maaşının bir hissəsini koronavirusla mübarizəyə ayıracaq |  Modern.az

“Azərbaycandakı təhsil müəssisələrində istər qida, istər texnika, istərsə də kənd təsərrüfatı üzrə ümumi sahələr tədris olunur. Bunlarla yanaşı dar, konkret ixtisasların yaradılmasına, mütəxəssislərin formalaşmasına ehtiyac var.

Məsələn, jurnalistika ixtisası var, amma onun fərqli qolları ayrıca tədris olunmur. Rejissor, operator ixtisasları da belədir. Fikrimcə, hətta bu sahə mütəxəssislərinin istifadə etdiyi avadanlıqların təmiri və texniki baxışı ilə bağlı da mütəxəssislər yaradılsın.

Biz artıq ciddi düşünməli, pilotsuz uçuş aparatı (PUA) hazırlanması və təmiri üzrə peşə məktəblərində mütəxəssis formalaşdırılmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar