Portuqaliya Liqasının təmsilçisi "Benfika" Joze Mourinyonun baş məşqçi təyin olunduğunu açıqlayıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, müqavilə imzalandıqdan sonra açıqlama verən Mourinyo deyib: "Dünyanın ən böyük klublarından birinin baş məşqçisiyəm. Mən "Benfika" üçün yaşayacağam. İdarə etdiyim heç bir klub "Benfika"nın baş məşqçisi olmaq qədər məni motivasiya etməyib".
Klubun açıqlamasında "Xoş gəlmisiniz, Joze Mourinyo" bildirilib.
Portuqaliyalı çalışdırıcı "Benfika" ilə 2 illik müqavilə imzalayıb.