"Qanuni oğru" həbs qərarından sonra restorana getdi
18 sentyabr 2025 18:56 (UTC +04:00)

"Qanuni oğru" həbs qərarından sonra restorana getdi

0

Xəbər verdiyimiz kimi, Moskva məhkəməsi "Vasya Bandit" ləqəbli “qanuni oğru” İqor Kokunov barəsində həbs qərarı verib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, lakin buna baxmayaraq, “qanuni oğru” həbs qərarından sonra Barvixadakı restoranlardan birinə gedib.

Qeyd edək ki, məhkəmə onu 8 il 2 ay müddətinə xüsusi rejimli həbsxanada cəza çəkməyə məhkum edib. 

Hakimin qərarına əsasən, hökmə etiraz üçün verilən müddətdə Kokunov ev dustaqlığında qalmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar