Məşhur "qanuni oğru"  həbsxanada insult keçirdi
25 iyul 2025 17:08 (UTC +04:00)

Məşhur "qanuni oğru" həbsxanada insult keçirdi

Vasya Bandit ləqəbli “qanuni oğru”  İqor Kokunov həbsxanada insult keçirib.

Lent.az xəbər verir ki, iylun 24-də kriminal avtoritetin səhhəti qəfil pisləşib, ona təcili yardım çağırılıb və o, Moskva klinikalarından birinin reanimasiya şöbəsinə aparılıb.
Kokunovun vəziyyətini sabitləşdirmək mümkün olub və artıq bu gün, iyulun 25-də o yenidən istintaq təcridxanasına qaytarılıb.

Həkimlər onun beynində xroniki işemiya (qan dövranının pozulması) aşkar ediblər. Bundan əlavə, Kokunovun ayaq damarlarında problemlər və böyrəklərində də ciddi pozuntular müəyyən edilib.

Vasya Bandit adı ilə tanınan İqor Kokunov kriminal dairələrdə əfsanəvi şəxsiyyət hesab olunur. Onu “köhnə məktəb”in “qanuni oğru”larından hesab edirlər. O, uşaq yaşlarından etibarən cinayət aləminin qayda və ənənələrinə sadiq qalaraq yaşayıb.

İlk dəfə 15 yaşında oğurluq üstündə məhkum olunub. Daha sonra isə daha ağır maddələrlə bir neçə dəfə mühakimə edilib. Lüks həyatı sevən biri kimi tanınıb. Müstəntiqlər və xüsusi təyinatlı dəstələr dəfələrlə onun yaşadığı ünvanlarda axtarış aparıblar.

2022-ci ildə cinayətkar iyerarxiyada yüksək mövqe tutmaqda şübhəli bilinərək saxlanıldıqdan sonra Vasya Bandit ev dustaqlığından qaçmağı bacarıb. O, naməlum yollarla Avropaya gizli şəkildə keçib. Lakin 2024-cü ildə Monteneqro ilə Albaniya arasındakı sərhədi qeyri-qanuni yolla keçərkən saxlanılıb və Rusiyaya ekstradisiya edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 808

Oxşar yazılar