Yumorist Maksim Qalkinin və müğənni Alla Puqaçovanın övladlarının bu gün 12 yaşı tamam olur.
Lent.az xarici mediaya istinadla bildirir ki, 49 yaşlı Qalkin bu hadisə münasibətilə Liza və Harrinin yeni şəkilləri ilə paylaşım edib.
“12” – deyə o, paylaşımı imzalayıb. Kadrlar arasında təkcə böyümüş uşaqların deyil, həm də onların hələ çox balaca olduqları anların fotoları yer alıb.
Qalkinin abunəçiləri paylaşımı tərif və təbrik dolu şərhlərlə əhatə ediblər.