Türkiyədə ər-arvad evlərində qətlə yetiriliblər.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kırşehirin Akçakent qəsəbəsində baş verib.
Naməlum şəxs və ya şəxslər evə girərək, 63 yaşlı Refik Kaygısız və arvadı, 62 yaşlı Eminəni güllələyib. Nəticədə cütlük ölüb.
Polis şübhəlilərin saxlanılması üçün əməliyyata başlayıb.