Bir həftə qaldı:   köhnə iPhone sahiblərinə “WhatsApp”ın bağlanması barədə XƏBƏRDARLIQ
28 aprel 2025 19:06 (UTC +04:00)

Bir həftə qaldı: köhnə iPhone sahiblərinə “WhatsApp”ın bağlanması barədə XƏBƏRDARLIQ

“WhatsApp” mayın 5-dən “iOS 15” əməliyyat sistemi ilə işləyən “iPhone”ları dəstəkləməyi dayandıracaq. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu, on ildən çox yaşı olan, lakin hələ də çoxlarının istifadə etdiyi “Apple” smartfonlarına təsir edəcək. 

Dəstəyi itirəcək cihazlar arasında iPhone 5s, iPhone 6 və iPhone 6+ da var. Bu o deməkdir ki, onların sahiblərinin alternativ variant tapmaq üçün cəmi bir həftə vaxtı var. Bu gün iPhone 8 və iPhone X WhatsApp-ı dəstəkləyən ən qədim telefonlardır.

Hələ də bu “iPhone”lardan istifadə edənlər üçün tərtibatçılar söhbətlərin və media fayllarının daha müasir cihazlara ötürülməsi üçün əvvəlcədən ehtiyat nüsxələrini yaratmağı tövsiyə edirlər. Əks halda, göstərilən tarixdən sonra məlumatlar itiriləcək.

Oxşar məhdudiyyət əvvəllər köhnə Android cihazları üçün də tətbiq edilmişdi. 2025-ci il yanvarın 1-dən WhatsApp artıq Android KitKat və Android platformasının əvvəlki versiyalarında işləyən telefonlarda işləməyəcək.

OS-nin köhnə versiyalarını dəstəkləməkdən imtina etmək messencerlər üçün standart təcrübədir. Bu, tərtibatçılara köhnə cihazlarla uyğun gəlməyən yeni funksiyalar və təkmilləşdirmələr təqdim etmək imkanı verir.

Aprel ayında Apple iki cihazını, o cümlədən sevimli iPhone 6s-ı ləğv edib. Bu, 3D Touch funksiyasına malik ilk Apple smartfonu və qulaqlıq girişi olan sonuncu flaqman modeli idi.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 318

Oxşar yazılar