İki gəlinlə toya dəvət sosial şəbəkədə bir çox qısqanc şərhlərə səbəb olub.
Çoxları Çindən olan kişinin çox şanslı olduğunu qeyd edib.
Lent.az-ın xarici KİV-ə istinadla bildirdiyinə görə, lakin tezliklə məlum olub ki, bir kişi və iki qadının iştirak edəcəyi toy ləğv edilib.
Gözəl üçlüyün yer aldığı toya dəvətnamə postu internetdə yayılaraq polisin diqqətini çəkib.
Toy şəhərdəki elit restoranda keçirilməli idi, lakin qəfil ləğv olunub.
Cütlüyün yaxınları gəlinlərdən birinin keçmiş həyat yoldaşı, digərinin isə indiki sevgilisi olduğunu iddia edib.
Daha sonra polis qadınlardan birinin kişinin keçmiş həyat yoldaşı olduğunu təsdiqləyib.
Məmurlar qeyd ediblər ki, toy şəkli zarafatnın bir hissəsidir.
Məlumata görə, toy mərasimi polisin razılığı və aydınlaşdırılmasından sonra ləğv edilib.
Kişi daha sonra sevgilisi ilə nikahını rəsmiləşdirməyi planlaşdırdığını bildirib.
Çində çoxarvadlılıq qadağandır və oyun uğursuz alınıb.