Rəisin düşündüyü “maarifləndirici” tədbirlər böyük qalmaqala səbəb olub.
Tayvanda içki mağazasının 19 yaşlı keçmiş işçisinin son maaşını 7000 yeni Tayvan dolları (təxminən 215 ABŞ dolları) almasından sonra qalmaqal yaranıb.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, rəis ona müxtəlif nominallarda pul olan bir çanta verib və bunu onun iş yerində davranışına görə “intizam tədbiri” kimi izah edib. Lyu adlı qız son maaşının 1, 5 və 10 yeni Tayvan dolları sikkələrlə verildiyini söyləyib.
Məbləği hesabına köçürmək ona təxminən bir saata başa gəlib . O, məbləğin tam olmadığını da fərq edib - 20 dollar çatışmayıb. O, işəgötürənə yaxınlaşanda ona cavab olaraq zarafatla deyib: “Budur, bir dilənçi, ona 20 dollar verin”.
Mağaza sahibi öz hərəkətini keçmiş işçinin "hörmətsiz davranışı"na və əvvəlcədən xəbərdarlıq etmədən işə gəlməməsinə görə cəza növü kimi izah edib. Onun sözlərinə görə, keçmiş işçi avans alıb, bir aydan az işləyib və daxili ünsiyyət qaydalarını pozub. Mağaza sahibi həmçinin qeyd edib ki, Lyu üzr istəsə, sikkələri əskinaslara dəyişməyə hazırdır, lakin o, bundan imtina edib.
Hadisə Tayvan sosial mediasında ictimai rezonansa səbəb olub. Yerli istifadəçilər əmək qanunlarının formal pozuntularının olmamasına baxmayaraq, müdirin hərəkətlərindən narazılıqlarını ifadə edərək, onları alçaldıcı və qeyri-etik hesab ediblər. Tainan Əmək Bürosunun nümayəndəsi qeyd edib ki, əmək haqqı tam və vaxtında ödənilib, lakin bu ödəniş üsulu açıq şəkildə qeyri-etik hesab edilib.