ANAMA əməkdaşı Qazaxda minaya düşdü
28 aprel 2025 13:14 (UTC +04:00)

ANAMA əməkdaşı Qazaxda minaya düşdü

İşgaldan azad edilmiş Qazax rayonunun Qızılhacılı kəndi ərazisində aprelin 28-də mina partlama hadisəsi baș verib.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Məlumata görə, agentliyin əməkdaşı 40 yaşlı Paşayev Elnur Oruc oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Paşayev Elnur bədənin müxtəlif nahiyələrində yüngül yaralanıb.

Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 328

Oxşar yazılar