Gəncədə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Lent.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik maşını yol kənarındakı işıq dirəyinə çırpılıb.
Qəza zamanı 1970-ci il təvəllüdlü Sevinc Kələntərova ölüb.