Türkiyənin sevilən komediya aktyoru Peker Açıkalın, sosial mediada etdiyi paylaşım ilə pərəstişkarlarını narahat etdi.
Lent.az xəbər verir ki, "Ekmek Teknesi", "Avrupa Yakası" və "Yahşi Cazibe" kimi məşhur seriallardakı rolları ilə tanınan Açıkalın, xəstəxanadan yayımladığı görüntü ilə sağlamlıq problemləri yaşadığını bildirdi.
Yeni imic və sağlamlıq problemləri
Son olaraq "Türkler Çıldırmış Olmalı 2: Mavi Vatan" filmində rol alan aktyor, saçlarını tamamilə qırxdıraraq yeni görünüşü ilə diqqət çəkmişdi. Lakin bu dəfə xəstəxanadan etdiyi paylaşım ilə gündəmə gəldi. Bir müddətdir sağlamlıq problemləri ilə mübarizə apardığını bildirən Açıkalın, pərəstişkarlarını narahat etdi.
Sosial mediada paylaşım
Sosial media hesabından yayımladığı görüntüdə aktyor, "Dünən axşam damarları tapa bilmədilər. Necə tapa bilmədilər, mən də bilmirəm. İynə ilə girib adeta sondaj etdilər" ifadələrini işlətdi. Paylaşımına isə "Həyatı ciddiyə almaq lazımdır" qeydini əlavə etdi.
Pərəstişkarların reaksiyası
Açıkalının bu paylaşımı sosial mediada geniş əks-səda doğurdu. Pərəstişkarları və izləyiciləri aktyora keçmiş olsun mesajları göndərərək, tezliklə sağalmasını arzuladılar.