FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı karate üzrə beynəlxalq turnirdə uğur qazanıb
31 iyul 2024 14:43 (UTC +04:00)

FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı karate üzrə beynəlxalq turnirdə uğur qazanıb

27-28 iyul 2024-cü il tarixlərində Rusiya Federasiyasının Soçi şəhərində Döyüş sənətləri akademiyasının (Martial Arts Academy) arenasında Rusiya Karate Federasiyasının təşkilatçılığı ilə uşaq, yeniyetmə, gənc və böyüklər arasında “Russia Open” beynəlxalq karate turniri keçirilib.

FHN-dən Lent.az-a verilən xəbərə görə, turnirdə 9 ölkədən 700-ə yaxın idmançı əzmkar mübarizə apararaq öz qüvvələrini sınayıblar. Yarışda karate üzrə Azərbaycan yığma komandası 46 nəfərdən ibarət idmançı ilə iştirak edərək yüksən nailiyyətlər əldə etməyi bacarıb. Belə ki, Azərbaycan karate üzrə milli yığma komandasının üzvü və FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı leytenant Murad Hacızadə +84 kq çəki dərəcəsində kumite yarışlarında 3 döyüş keçirərək bürünc medalın sahibi olub. Murad Hacızadə karate üzrə Avropa, şotokan karate üzrə isə dünya çempionudur.

Qalibə Rusiya Karate Federasiyasının diplom və medalı təqdim olunub.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev turnirdə uğur qazanmış idmançı ilə görüşərək onu təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, FHN-in karate komandasının əsas məşqçisi ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1788
avatar

Oxşar yazılar