Bader Al Mutava, Küveyt milli komandasının futbolçusu
16 iyun 2021 13:39 (UTC +04:00)

Bader Al Mutava, Küveyt milli komandasının futbolçusu

Dünya rekordu təkrarlandı

Küveyt milli komandasının futbolçusu Bader Al Mutava dünya rekordunu təkrarlayıb.

Apasport.az saytının məlumatına görə, 36 yaşlı hücumçu yığmanın heyətində 184-cü oyununu keçirib.

Bu, Çin Taypeyi ilə qarşılaşmada (2:1) baş verib. Dünya çempionatının seçmə mərhələsinin görüşündə Bader 90 dəqiqə meydanda olub.

2003-cü ildən yığmada oynayan küveytli forvard bununla da yığmada ən çox oyun keçirən futbolçular siyahısında rekordu təkrarlayıb. O, misirli Ahmad Hasana çatıb. 1995-2012-ci illərdə milli forma geyinən hücumameylli yarımmüdafiəçi uzun müddətdir bu rekordun vahid sahibi idi.

Qeyd edək ki, Azərbaycan rekordçusu millidə 111 oyun keçirən Rəşad Sadıqovdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1395
avatar

Oxşar yazılar