"Mançester Yunayted" Viktor Osimhenin transferindən imtina edə bilər.
Lent.az bildirir ki, ESPN-in məlumatına görə, mankunianlılar bu qərarı Viktorun onlara baha başa gələcəyinə görə veriblər.
Hücumçu təxminən 55 milyon funt sterlinqə satışa çıxarılacaq və o, vergi çıxıldıqdan sonrahəftədə 180 min funt-sterlinq qazanmaq istəyir.
Nigeriyalının tələbləri “qırmızı şeytanlar” üçün qeyri-realdır, ona görə də onların ən yaxşı variantı “İpsviç”in hücumçusu Liam Delapla müqavilə bağlamaq ola bilər.
Yeri gəlmişkən, iddialara görə, Osimhen özü də "Yuventus"da və ya Premyer Liqa klublarından birində olmaq istəyir.
Qeyd edək ki, Osimhen bu mövsüm icarə əsasında “Qalatasaray”da oynayır.