Londonun "Arsenal" futbol klubunun baş məşqçisi öz oyunçularını soymaq üçün bir qrup oğru işə götürərək oğurluğu təşkil etməkdə ittiham olunur.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, İngiltərə Premyer Liqasının yeni mövsümünə hazırlaşarkən "Arsenal"ın baş məşqçisi Mikel Arteta futbolçuları üçün qeyri-ənənəvi sınaq keçirməyə qərar verib. Xüsusilə çətin təlim-məşq toplanışından sonra o, komandanı Londonun nüfuzlu restoranlarından birində şam yeməyinə dəvət edib.
Ancaq oyunçular eyni zamanda Artetanın restoranda işə başlayan bir qrup peşəkar cibgirləri gizli şəkildə işə götürdüyündən şübhələnməyiblər. Futbolçular ümumi masa arxasında şam edib əylənərkən cibgirlət ehtiyatla pul kisələrini və smartfonlarını çıxarıblar.
Yemək bitdikdən sonra məşqçi ayağa qalxıb və birdən futbolçulardan ciblərinin içindəkiləri göstərmələrini istəyib. Oyunçular stuporda dayanarkən, Arteta oğurlanmış malları onlara qaytarıb və xəbərdarlıq edib: çempion olmaq üçün hər bir komanda üzvü sayıq olmalı və hər an gözlənilməz vəziyyətə hazır olmalıdır.