Ötən gün futbol üzrə Hollandiya kubokunun ilk turunun oyunu “Emdijk”lə “Rosmalen” arasında baş tutub. Oyun 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatsa da, artırılan vaxt əlamətdar anla yadda qalıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, “Rosmalen”in qapıçısı Ralf Vos yerə uzanaraq qol vurub. 93-cü dəqiqədə komanda yoldaşının baş zərbəsi ilə atdığı topu tutan Vos qazonda uzanıb və uzaq küncə dəqiq zərbə vurmağı bacarıb. Qol yalnız hesabdakı fərqi azaltmağa imkan verib, çünki “Rosmalen” iki top fərqi ilə uduzurdu.
Xatırladaq ki, Hollandiya kuboku tarixində ən titullu klub “Amsterdam Ayaks” (20 kubok) olaraq qalır. Turnirin hazırkı qalibi "Feyenoord"dur.