Nüfuzlu onlayn futbol nəşri Goal 2025-ci ilin “Qızıl topu”nu qazanmağa namizədlərin bu günə olan versiyasını təqdim edib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, reytinqdə birinci yeri İspaniyanın “Barselona” klubunun polşalı hücumçusu Robert Levandovski tutub.
Levandovski 2024-cü ilin “Qızıl top” qısa siyahısından kənarda qaldıqdan sonra, polşalının kuboku qazanmaq üçün uzun və indiyə qədər nəticəsiz axtarışı başa çatıb, lakin “Barselona”da “Bavariya”nın keçmiş baş məşqçisi Hansi Flik ilə yenidən bir araya gəldikdən sonra, 36 yyaşlı futbolçu köhnə illərinə geri qayıdıb, Avropanın ən güclü 9 nömrəsi olub", - “Goal”ın xülasəsində vurğulanır.
İlk 3 namizəd arasında həmçinin "Barselona"dan olan 17 yaşlı ispan Lamin Yamal və "Real"ın 24 yaşlı vingeri Vinisius Junior da var.
Xatırladaq ki, 2024-cü ildə “Qızıl top”un qalibi ispaniyalı yarımmüdafiəçi Rodri olub.
2025-ci ilin “Qızıl topu”na namizədlərin reytinqi (Goal versiyası)
• 1. Robert Levandovski (“Barselona”);
• 2. Lamin Yamal (“Barselona”);
• 3. Vinisius Junior (“Real”);
• 4. Erlinq Haaland (2Mançester Siti”);
• 5. Rafinya Dias (“Barselona”);
• 6. Harri Keyn (“Bavariya”);
• 7. Məhaməd Salah (“Liverpul”);
• 8. Kilian Mbappe (“Real”);
• 9. Pedri (“Barselona”);
• 10. Bukayo Saka (“Arsenal”);
• 11. Florian Virts (“Bayer” Leverkuzen);
• 12. Koul Palmer (“Çelsi”);
• 13. Kristian Pulişiç (“Milan”);
• 14. Maykl Olise (“Bavariya”);
• 15. Camal Musiala (“Bavariya”).