Xüsusi karantin rejimi çərçivəsində fəaliyyətinə icazə verilən iş və xidmət sahələri ilə bağlı nəzarət profilaktik tədbirlər davam etdirilir.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev məlumat verib. Onun sözlərinə görə, bu sahədə sui-istifadə hallarının qarşısını almaq məqsədilə şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibinin həmin obyekt daxilində müvafiq məlumatları - mərasiminin keçirilməsi tarixinə ən azı 5 gün qalmış “icaze.e-gov.az” portalına daxil etməsi ilə bağlı tələb qüvvədə saxlanılır.
Qeyd edək ki, bir neçə gün əvvəl karantin qaydalarının yumşalması ilə əlaqədar şadlıq evlərinə tətbiq olunan “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə bağlı tələbin də ləğv edildiyi açıqlanmışdı.