Azərbaycanın bütün məktəblərində şagirdlərə telefondan istifadə   qadağan olunacaq
12 sentyabr 2025 14:22 (UTC +04:00)

Azərbaycanın bütün məktəblərində şagirdlərə telefondan istifadə qadağan olunacaq

0

Şagird davranış qaydalarına əsasən, şagirdlər tədris vaxtı telefon vasitələrindən istifadə edə bilməz.

Lent.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov 2025-2026-cı tədris ilinə həsr olunmuş tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yaxın günlərdə Şagird davranış qaydalarının ölkənin bütün ümumtəhsil müəssisələrində tətbiqində nail olunacaq:

“Həmin qaydalar əsasında şagirdlərin tədris zamanı telefonlardan istifadəsi yolverilməzdir”, - o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 406

Oxşar yazılar