24 sentyabr 2025-ci il saat 08:00-dan 25 sentyabr 2025-ci il saat 24:00-dək Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində — A.A.Bakıxanov küçəsi ilə kəsişmədən başlayaraq nəqliyyat vasitələrinin hərəkəti qeyd olunan yol sahəsində qısa müddətlik tam məhdudlaşdırılacaq.
Bu barədə Lent.az-a AAYDA-dan məlumat verilib.
Qeyd olunub ki, məhdudiyyət aparılacaq təmir işləri ilə əlaqədardır.
Sürücülərdən göstərilən tarixlərdə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.