Rusiyanın Moskva vilayətində Sevgililər Günündə qeyri-adi hadisə baş verib.
Lent.az xəbər verir ki, kişi fevralın 14-də həyat yoldaşına verdiyi “Porsche” markalı avtomobili zibilliyə atıb.
Kişi həyat yoldaşı ilə münasibətlərini yaxşılaşdırmaq üçün ona 3 milyon rubla “Porsche Macan” alıb. Qəzadan sonra avtomobil bir az zədələnsə də, kişi onu tez bir zamanda təmir edəcəyinə söz verərək, sevgilisinə Sevgililər Günü üçün hədiyyə etmək qərarına gəlib.
Ancaq həyat yoldaşı hədiyyəni qiymətləndirməyib. O, əzilmiş avtomobili gördükdən sonra bunu istehza kimi qəbul edib və “Porsche”dən imtina edib. Məyus olan ər lazımsız şey kimi maşını zibil qutusuna atıb. Qadın onu fikrindən daşındıra bilməyib.
Artıq 12 gündür ki, qırmızı kamanlı “Porsche” zibilxanada qalaraq, qeyri-adi görüntü ilə şəkil çəkdirən yerli sakinlərin diqqətini cəlb edir. Ailənin dostları iddia edirlər ki, kişi zibilliyə atdığı hədiyyə ilə bundan sonra nə edəcəyinə hələ qərar verməyib.