Qoruqdan 2 minlik balıq ovlayanlar cəzalandırıldı -  FOTO
17 sentyabr 2021 10:11 (UTC +04:00)

Qoruqdan 2 minlik balıq ovlayanlar cəzalandırıldı - FOTO

Qızılağac Milli Parkının ərazisində qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən qeyri-qanuni ovçuluq və balıqçılıqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində növbəti tədbir təşkil olunub.

Keçirilən tədbirlər zamanı Masallı rayonu Qızılağac kəndi istiqamətində Qızılağac Milli Parkının Böyük Körfəz su sahəsində qanunsuz balıq ovu ilə məşğul olan Masallı rayon sakinləri İlkin Qurbanov və Alim Həsənov saxlanılıblar.

Qurduqları torlar vasitəsilə qanunsuz balıq ovlayan həmin şəxslərdən ov zamanı istifadə etdikləri 2 ədəd mühərrikli qayıq, 2 ədəd tor və qanunsuz olaraq tutduqları balıqlar aşkar olunaraq götürülüb. İ.Qurbanov və A.Həsənovun ümumilikdə təbiətə 2211 manat dəyərində maddi ziyan vurduqları müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1398
avatar

Mehman Nəbiyev

Oxşar yazılar