İbrahim Bayramov
21 fevral 2022 16:07 (UTC +04:00)

İbrahim Bayramov

Qoruqda yanğının söndürülməsi üçün tədbirlər davam edir - FHN -YENİLƏNİB

İlisu Dövlət Qoruğunun yüksək dağlıq-meşəlik ərazisində yanğın davam edir.

Lent.az xəbər verir ki, bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik-leytenant İbrahim Bayramov məlumat verib.

Onun sözlərinə görə, ötən gün günorta saatlarından rayonun Qum kənd inzibati ərazisinin yaxınlığında İlisu Dövlət Təbiət Qoruğunun 6-cı dolayında yüksək dağlıq ərazidə yanğın başlayıb. Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Qax rayon Dövlət yanğından Mühafizə Hissəsinin müvafiq texnikası və 55 nəfər şəxsi heyəti cəlb edilib. Yanğın 5 hektardan yuxarı sahəni əhatə edir. Yanğın baş verən ərazinin yüksək dağlıq, çətin keçilən relyef olması və havanın küləkli olması səbəbindən yanğının söndürülməsində çətinlik yaranıb. Yanğın baş verən ərazidə əsasən kol-kos, quru xəzəl, qurumuş ağaclar yanır. Hazırda şəxsi heyət tərəfindən əl əməyi ilə yanğının söndürülməsi prosesi davam edir.

Qeyd edək ki, yanğının söndürülməsinə İlisu Dövlət Təbiət Qoruğunun əməkdaşları, yerli sakinlər və FHN-nin Zaqatala və Şəki rayonlarının Dövlət Yanğından Mühafizə hissələrinin canlı qüvvələri də cəlb edilib.

 

***

09:53

 

"İlisu Dövlət Təbiət Qoruğunun yüksək və mürəkkəb relyefli dağlıq ərazisində gecə saatlarında baş verən yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları tərəfindən söndürülsə də, lakin səhər saatlarında külək nəticəsində bəzi hissələrdə yenidən alovlanma baş verib".

Lent.az xəbər verir ki, bu sözləri Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

O qeyd edib ki, hazırda İlisu Dövlət Təbiət Qoruğunun əməkdaşları və kənd sakinləri tərəfindən dağlıq və çətin relyefli ərazidə əl əməyindən istifadə olunmaqla alovlanan və közərən sahələrin tam söndürülməsi istiqamətində işlər aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2940
avatar

Fidan İlqar

Oxşar yazılar