İçərisində 20 ton saqqız  olan TIR belə qarət olundu
12 iyul 2025 11:46 (UTC +04:00)

İçərisində 20 ton saqqız olan TIR belə qarət olundu

Rusiyanın Tver vilayətində polis əməkdaşları 33 milyon rubl dələduzluqda şübhəli bilinən şəxsləri saxlayıblar. Cinayətkarlar yük maşınından 20 ton saqqız oğurlayıblar.

Sürücü-ekspeditor 20 ton saqqızı Velikiy Novqoroddan Yekaterinburqa aparır, təyinat istiqamətinə gedərkən naməlum şəxslər müştəri adından onunla əlaqə saxlayıblar. Cinayətkarlar yük daşıyan şəxsə bildiriblər ki, yükün yüklənməsi zamanı xəta baş verib, mallar başqa avtomobilə keçirilməlidir.

Fırıldaqçılara inanan sürücü maşını magistral yolda saxlayıb və naməlum şəxslərin gəldiyi avtomobilə 20 ton saqqız boşaldıb. Aldatma üzə çıxanda zərərçəkənlər polisə müraciət ediblər; ümumi zərər 33 milyon rubl təşkil edib.

Cinayəti törətməkdə şübhəli bilinən Rostov vilayətinin Kamensk-Şaxtinski şəhərinin iki sakini saxlanılıb. Faktla bağlı dələduzluq maddəsi ilə cinayət işi açılıb və təqsirləndirilən şəxsləri 10 ilədək həbs cəzası gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 838

Oxşar yazılar