Göyçayda intihar hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə Şahsoltanlı kəndində baş verib.
Yevlax rayon sakini, 21 yaşlı Nurlan Abbasov həmin kənddə yerləşən fermanın yaxınlığındakı yarımtikilidə özünü asıb.
Onun fermada çoban işlədiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.