Rusiyanın Sankt-Peterburq şəhərində evdən çürümüş meyit tapılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Admiralteyski rayonu, Mojayskaya küçəsində baş verib.
Məlumata görə, 28 yaşlı qızın meyiti dekabrın 31-dən mənzildə qalıb.
Mərhumun 36 yaşlı sevgilisi səmimi etirafla polisə müraciət edib. O deyib ki, Yeni il şənliyi zamanı mübahisə ediblər və qızın başına çəkiclə vurub. Sonra isə qalstukla boğub.
Faktla bağlı cinayət işi başlanıb.