UEFA-nın mətbuat xidməti Çempionlar Liqasının ümumi mərhələsinin 7-ci turunun nəticələrinə əsasən həftənin ən yaxşı oyunçusu mükafatına namizədləri açıqlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, namizədlər arasında dörd oyunçu var idi: Vinisius (Real Madrid), Julian Alvares (Atletiko Madrid), Rafinya (Barselona) və Luuk de Yonq (PSV).
Çempionlar Liqasının yeddi turunun nəticələrinə əsasən, “Liverpul” turnir cədvəlinə başçılıq edir, “Barselona” ikinci, “Arsenal” isə ilk üçlüyü qapayır.