ABŞ prezidenti Donald Tramp və onun milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals Milli Təhlükəsizlik Şurasının (MTŞ) 160-a yaxın əməkdaşını müvəqqəti olaraq işdən çıxararaq, əsaslı şəkildə yenidən təşkil etməyə başlayıb.
Lent.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Associated Press“ məlumat yayıb.
Dövlət qulluqçusu olan bu peşəkarlar kadr yoxlamasının nəticələrinə qədər distant işə keçiriləcək.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hughesin sözlərinə görə, bu addımın məqsədi MTŞ əməkdaşlarının Prezident Trampın ABŞ-ın birinci gündəmini irəlilətməyə və vergi ödəyicilərinin dollardan ən səmərəli şəkildə istifadə etməyə tam sadiq olmasını təmin etməkdir.
"Associated Press" qeyd edir ki, bu ixtisar MTŞ-nin peşəkar ekspertiza səviyyəsini aşağı sala və onun mürəkkəb xarici siyasət məsələləri, o cümlədən Yaxın Şərq və Ukraynadakı münaqişələr üzrə işinin keyfiyyətinə təsir edə bilər.