503 il əvvəl Osmanlı Sultanı Süleyman Qanuni 100 min nəfərlik Osmanlı ordusu ilə Aralıq dənizində yerləşən Rodos adasının mühasirəsinə başladı.
Lent.az tarixin ən qanlı mühasirə əməliuyatlarından biri kimi yadda qalan Rodos hərbi kampaniyası barədə yazını təqdim edir.
Rodos adası 2 əsrə yaxın Osmanlı İmperiyasına dinclik vermirdi, çünki ada 14-cü əsrdən Hospitallerlərin (red-hərbi-dini orden) nəzarətində idi və 15-ci əsrdən etibarən cəngavərlərin Aralıq dənizində son sığınacağı sayılırdı. Hospitallerlər bir əsr ərzində Misir, Livan və Kiçik Asiyadan çoxsaylı dəniz basqınlarına tab gətirmiş, belə toqquşmalarda təcrübə toplamışdılar və 1453-cü ildə Konstantinopolun süqutundan sonra onlar sultanın ən yaxın xristian təhlükəsinə çevrilmişdilər - onların Rodosda olması Osmanlı İmperiyasının əsas ticarət yollarına nəzarət etməsi demək idi.
İlk mühasirə 1480-ci ilin yayın boyu davam etdi və bir neçə min muzdlu və 500 cəngavərdən ibarət qarnizon Osmanlı Böyük Vəzirinin 20-50 minlik ordusunun bütün hücumlarını dəf edə bildi. Hamı başa düşürdü ki, türklər adanı almayınca geri çəkilməyəcəklər və buna görə Rodos qalası əvvəlkindən daha güclü şəkildə möhkəmləndirildi. Venesiya dövlətinin və digər xristian ölkələrin dəstəyinə baxmayaraq, 1522-ci il üçün Rodos adasındakı hərbi qüvvələr 500-700 cəngavər və bir neçə minə qədər muzdlu döyüşçüdən ibarət idi. Osmanlılara gəlincə, Səfəvilər və Məmlüklər üzərində qələbəsi ilə şərq və cənub sərhədlərində sülhü təmin edən Sultan Səlim Yavuz Rodosu ələ keçirməyi planlaşdırmışdı, lakin onun ölümü ilə plan təxirə salındı. Onun varisi Süleyman Qanuni, Rodosa hücumdan əvvəl Belqrad şəhərini tutmağı bacardı və 1522-ci ilə qədər mühasirə üçün 80 top və 280 gəmi ilə yüz minə qədər döyüşçü toplaya bildi. 1522-ci il iyunun 26-da Rodosun mühasirəsi başlandı.
Müdafiəyə rəhbərlik edən Hospitallerlər Ordeninin magistrı Filip de Villiers həmin vaxt bir ildən çox idi ki, rəhbər vəzifədə idi, lakin o, mühasirəyə səbirlə tab gətirdi. Onun komandanlığı altında azsaylı cəngavərlər və döyüşçülər 6 ay ərzində hər tərəfdən hücuma keçən kifayət qədər təchiz olunmuş orduya müqavimət göstərdi. Nəhayət, dekabrın 17-də baş verən hücum göstərdi ki, 400 gəmilik donanmavə 100 minlik qüvvə ilə 6 ay adanı mühasirədə saxlayan Osmanlı qüvvələri Rodosu hücumla gec ələ keçirəcək. Ancaq döyüşdən sonra gözlənilməz bir şey baş verdi: cəngavərlər qala divarları üzərində ağ bayraq qaldırdı və cəngavərlər danışıqları bərpa etməyi təklif etdilər. Artıq dekabrın 20-də kapitulyasiya şərtləri vəzir Əhməd Paşa tərəfindən böyük sevinclə qəbul edildi.
Onun şərtlərinə görə, sağ qalan müdafiəçilər 33 kiçik gəmi ilə Rodosu tərk edərək, bayraqları, artilleriya və Rodos kilsələrinin əşyalarını özləri ilə aparırdılar. Cəngavərlər 8 il İtaliyada dolaşaraq, Papa VII Klementi və ya İmperator V Karlın onlara torpaqlar verməyə inandırmağa çalışsalar da, bunun heç bir faydası olmadı. Və yalnız 1530-cu ildə imperatorun xoş niyyəti ilə Hospitallerlərə yeni bir sığınacaq tapdılar – Malta adası. Amma çox keçmədən yenidən Aralıq dənizində hökmranlıq edən Osmanlılar və onların təbəələri bu dəfə Malta adasını ələ keçirmək üçün hərbi kampaniyaya başladılar.