Kişi arvadının yeməyinə ölənə qədər  zəhər qatdı
22 yanvar 2025 16:31 (UTC +04:00)

Kişi arvadının yeməyinə ölənə qədər zəhər qatdı

Kiyevdə kişi aylarla arvadının yeməyinə zəhər qatıb, o ölənə qədər.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə Kiyev şəhər Prokurorluğu məlumat yayıb.

İstintaqın məlumatına görə, qadın ölümündən əvvəl ağır əlamətlərdən əziyyət çəkib: o, yataq xəstəsi olub, gücü tükənib və saçları tökülüb.

Həyat yoldaşının ölümündən sonra şübhəli şəxs mərhumun bütün əmanətlərini götürərək onun avtomobilini mənimsəyib. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsin cinayət planını üzə çıxararaq onu saxlayıblar.

Həmin şəxs qəsdən adam öldürmədə (Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsi) ittiham olunur. Günahı sübuta yetirilərsə, cinayətkarı 15 ilə qədər həbs gözləyir.

İstintaq davam edir, hüquq-mühafizə orqanlarının əməkdaşları faciənin bütün təfərrüatlarını aydınlaşdırırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1098
avatar

Oxşar yazılar