Təyyarə qəzasından sağ çıxan Səlihət 17 yaşını qeyd etdi - VİDEO
22 yanvar 2025 18:15 (UTC +04:00)

Təyyarə qəzasından sağ çıxan Səlihət 17 yaşını qeyd etdi - VİDEO

AZAL-ın qəzaya uğrayan təyyarəsindən sağ qurtulan Zaqatala sakini Səlihət Ceerova müalicə aldığı xəstəxanada 17 yaşını qeyd edib.

Lent.az xəbər verir ki, bu barədə "Yeni Klinika"nın mətbuat katibi Nuridə Allahyarova sosial şəbəkə hesabında paylaşım edib.

"Xəstəliyə məğlub olanlarımız üçün üzülüb, qəzadan qurtularaq yaralarına rəğmən həyatda qalanların sevincinə şərik oluruq. Səlihət ağır təyyarə qəzasından möcüzə ilə xilas olan yeniyetməmizdir. Bu gün müalicəsinin davam etdiyi "Yeni Klinika"da 17 yaşını tamamladı. Gecə ağladıq, səhər isə toparlanıb onun ad gününü qeyd etdik", - deyə N.Allahyarova bildirib. 

Xatırladaq ki, dekabrın 25-də səhər "Azerbaijan Airlines" (AZAL) QSC-yə məxsus Bakı-Qroznı "J2-8243" nömrəli reysi həyata keçirən "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə beş nəfər ekipaj üzvü daxil olmaqla 67 nəfər (42 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub. Son məlumatlara görə, qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Həlak olanlar arasında hər iki pilot daxil olmaqla üç ekipaj üzvü olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3888
avatar

Oxşar yazılar