Amerikalı jurnalist Leks Fridman Rusiyaya getməyi planlaşdırdığını və orada prezident Vladimir Putindən müsahibə almaq istədiyini açıqlayıb.
Lent.az xəbər verir ki, o, bu haqda komediyaçı və teleaparıcı Co Roqanın podkastında deyib.
“Mən Vladimir Putindən müsahibə almaq üçün Rusiyaya gedirəm”, - deyə o bildirib.
Fridman Rusiya lideri ilə söhbətlə bağlı hər hansı razılıq əldə edib-etmədiyini deməyib.
Qeyd edək ki, yanvarın əvvəlində Fridman Ukrayna prezidenti Vladimir Zelenskidən müsahibə almışdı.