Yeşilcamın "porno ulduzu"  xəstəxanalıq oldu
23 yanvar 2025 13:15 (UTC +04:00)

Yeşilcamın "porno ulduzu" xəstəxanalıq oldu

Türkiyənin "Afrodita" ləqəbli ulduzu Banu Alkan yüksək təzyiq və şəkər xəstəliyindən xəstəxanaya yerləşdirilib. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Sosial şəbəkələrdə sürətlə yayılan beyin qanaması şayiələri sənətçinin pərəstişkarlarını qorxudub. Ancaq sənət dünyasının məşhurlarından olan Onur Akayın açıqlamaları ilə əsl vəziyyət aydın olub:

"O, böyük təhlükədən xilas oldu. Banu Alkanın xəstəxanaya yerləşdirildiyi doğrudur. Sosial şəbəkələrdə beyin qanaması iddiaları ortaya çıxdı, lakin bu həqiqəti əks etdirmir. Banu bacı ilə telefonla danışdım. Səhhəti hazırda yaxşıdır, şükür Allaha. Həkimlər təzyiqinə nəzarət etməkdə çətinlik çəkdilər. Eyni zamanda yüksək şəkər səviyyəsi vəziyyəti daha da ağırlaşdırdı. Ancaq lazımi müdaxilələrlə böyük təhlükədən xilas oldu. Hazırda onun müalicəsi davam edir və həkimlər onun təyyarəyə minməsinə qadağa qoyublar”.

Qeyd edək ki, aktrisa daha çox açıq-saçıq çəklişləri ilə gündəm olub. Hətta ona Yeşilcamın "porno ulduzu" belə deyirdilər. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3939
avatar

Oxşar yazılar