Xüsusilə, alimlər pişiklərin inək, emo və kenquru yediyini qeydə alıblar.
Lent.az pişiklərin hansı heyvanları yediyini sizlərə təqdim edir:
İnsanlar adətən dünyanın ideal yırtıcılarının köpəkbalığı, pələnglər və ya iti gözlü şahinlər ola biləcəyini düşünürlər, lakin yer üzündəki ən qarınqulu heyvanlardan biri insanlara daha yaxındır. Xüsusilə, yeni araşdırmalar göstərir ki, sərbəst gəzən pişiklər dünyada hər hansı bir ətyeyən heyvanın ən müxtəlif pəhrizlərindən birinə sahibdirlər. Onların təqribən 2084 müxtəlif heyvan növünü yeyə bildikləri qeyd edilir. Onların pəhrizinə 9% quşlar, 6% məməlilər, 4% sürünənlər, çoxlu sayda həşərat və suda-quruda yaşayanlar daxildir.
Tədqiqatçıların pişiklər tərəfindən yeyildiyi sübut edilən ən böyük heyvanlar arasında emu, yaşıl dəniz tısbağası və ev inəkləri var.