Azərbaycan bu cinayətkarı Rusiyaya vermədi
23 yanvar 2025 14:46 (UTC +04:00)

Azərbaycan bu cinayətkarı Rusiyaya vermədi

Rusiyada adam öldürməyə cəhddə təqsirləndirilən şəxsə Azərbaycanda hökm oxunub.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, 2023-cü il iyulun 15-nə keçən gecə Koryazmada Azərbaycan Respublikasının vətəndaşı Əliyev Davud Mustafa oğlu Arxangelsk vilayətində restoranda münaqişə zəminində 41 yaşlı yerli sakinə 4 ədəd bıçaq zərbəsi vurub. Yaralının həyatını xilas etmək mümkün olub və Əliyev ölkədən qaçıb.

Tezliklə cinayətkarın Azərbaycanda gizləndiyi məlum olub. Hüquq-mühafizə orqanları onu geri qaytarmağa çalışsalar da, onların tələbi təmin edilməyib.

Bununla belə o, Azərbaycanda məhkum edilib. Onun barəsində cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il həbs qərarı verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1431
avatar

Mehman Nəbiyev

Oxşar yazılar