ABŞ-ın Tennessi ştatında məktəbdə silahlı insident olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Neşvill şəhərində baş verib. məktəbində faciə baş verib. Radikal 17 yaşlı şagird sinif yoldaşlarına atəş açıb, sonra intihar edib.
Özünü “ağ millətçiliyin afrikalı pərəstişkarı” adlandıran yeniyetmə qaradərili yoldaşlarına hücum edib. Nəticədə onlardan biri həlak olub, digəri isə yaralanıb. Bildirilir ki, şagird Vanderbilt Universitetinin Tibb Mərkəzinə aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. İkinci zərərçəkən qolundan sıyrıq yarası alıb və vəziyyəti stabildir.
Atəş açan şəxs hadisədən əvvəl yazdığı məktubunda qaradərili və yəhudi icmalarına nifrətini ifadə edərək, öz afro-amerikalı irsindən təəssüfləndiyini bildirib. O əlavə edib ki, “Qərbin yıxıldığına” inanır. Onun bəyanatları arasında İsrailə qarşı təhdidlər, o cümlədən “İsrailə ölüm” ifadəsi yer alıb.
Polis hadisə ilə bağlı araşdırmaları davam etdirir və yeniyetməni belə bir hərəkətə sövq edə biləcək səbəbləri öyrənir.